Laymer "Bavariya"da xoşbəxtdir

  • Bu gün, 14:11

"Bavariya"nın yarımmüdafiəçisi Konrad Laymer klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, futbolçu Münhen klubunda özünü çox rahat hiss etdiyini bildirib:

"Həmişə hər şeyə açıq və sakitəm. Və dediyim kimi, düşünürəm ki, Münhendə əla işlər görürəm".

28 yaşlı futbolçu bu mövsüm 24 oyunda iki qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.


Paylaş: