Millimizin üzvü Superkubokun qalibi oldu
Millimizin voleybolçusu Polina Rəhimova Yunanıstan Superkubokunun qalibi olub.
Sportlife.az xəbər verir ki, hücumçumuzun formasını geyindiyi “Panionios” final görüşündə Yunanıstan çempionu “Olympiakos”la qarşılaşıb.
Gərginliyi ilə yadda qalan oyunda Rəhimovanın komandası 3:2 (25:22, 23:25, 24:26, 25:19, 15:12) hesabı ilə qalib gələrək Yunanıstan Superkubokunu qazanıb.
Polina Rəhimova qələbədən sonra fikirlərini federasiyanın mətbuat xidmətinə açıqlayıb: “Final oyunu çox gərgin keçdi, lakin biz qalib gəldik. Rəqibimiz Yunanıstan çempionu “Olympiakos” idi. Qələbə münasibətilə komandamı təbrik edirəm. Bu mövsüm komandamızın əsas hədəfi iştirak etdiyimiz bütün yarışlarda qalib gəlməkdir. İlk hədəfimizə çatdıq və inanıram ki, bu qələbə növbəti oyunlar üçün bizə əlavə motivasiya verəcək".