"Qızıl top": Keyn əsas favoritdi
"Goal" nəşri 2026-cı il "Qızıl top" mükafatına namizədlərin reytinqini yeniləyib.
Sportlife.az xəbər verir ki, siyahıya "Bavariya"nın hücumçusu Harri Keyn başçılıq edir. O, 2025/26 mövsümündə Münhen klubunda bütün yarışlarda 30 oyun keçirib, 33 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Mançester Siti"nin hücumçusu Erlinq Holann ikinci, "Real"ın hücumçusu Kilian Mbappe isə üçüncü yerdədir. "İnter Mayami"nin kapitanı Lionel Messi doqquzuncu yerdədir.