"Belə komanda ilə çempionluq çətindir"

  • Bu gün, 15:05

"Milan"ın yarımmüdafiəçisi Adrien Rabyo komandasının A Seriyasındakı hədəflərindən danışıb.

Sportlife.az xəbər verir ki, fransalı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib:

"İndi bizim kimi bir komanda ilə çempionluq qazanmaq çətindir, çünki heyət böyük qələbələr təcrübəsi olmayan oyunçulardan ibarətdir. Xüsusilə uzun və çətin liqada kuboklar qazanmaq asan deyil. Əsas məqsədimiz, liqanı ilk "dördlük"də bitirməkdir. Amma şəxsən mən daha çox şeyə can atıram. Çünki belə bir imkan varsa, daha az uğurla kifayətlənə bilmərik.

Mənim heç bir döyməm yoxdur, amma Skudettonu qazansaq, döymə etdirə bilərəm. Bu, çox vacib bir döymə olardı. Bir şey etməzdən əvvəl çox düşünən insanam".

"Milan" 15 turdan sonra turnir cədvəlində ikinci yerdədir.


Paylaş: