Yamalın evindəki ən dəyərli əşya

  • Bu gün, 13:15

"Barselona" və İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal evindəki ən dəyərli əşyanın adını açıqlayıb.

Sportlife.az xəbər verir ki, o, yutub kanalında paylaşdığı videoda ən dəyərli əşyanın Fransa ilə matçda rəqib qapısından keçirdiyi top olduğunu bildirib.

Yamal AVRO-2024-ün yarımfinalında fransızlar görüşdə fərqlənib. İspaniya finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək çempion olmuşdu.

Qeyd edək ki, yarımmüdafiəçi İspaniya millisində 23 oyun keçirib, altı qol vurub və 12 məhsuldar ötürmə edib.


Paylaş: