Prezident idman adamlarını təltif etdi
Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib.
Sportlife.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Yaqub Abdullayev, Cahangir Ağarəhimov, Elmir Aslanova, Cahangir Bayramov, Coşqun Əliyev, Fikrət Hüseynov, Azər Məhərrəmov, Eduard Məmmədov, Vəfa Musayeva və Nurəddin Rəcəbov “Tərəqqi” medalı ilə təltif olunublar.
Zöhrab Gözəlbəyli, Ələkbər İmaməliyev, İlahə Qədimova və Mövlud Mirəliyevə isə Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.
Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Qərib Əliyev və Tərlan Həsənova isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.