Qara Qarayev "Araz-Naxçıvan"dan getdi
Qara Qarayev "Araz-Naxçıvan"la yollarını ayırıb.
Sportlife.az xəbər verir ki, klub rəhbərliyi ilə görüşən təcrübəli yarımmüdafiəçi komandadan ayrılmaq istədiyini bildirib.
Futbolçunun müraciətini nəzərə alan rəhbərlik ona xidmətlərinə görə təşəkkür edib və mövsümün sonuna qədər nəzərdə tutulmuş müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.