Həsənov FIFA referisinin səhvini etiraf etdi - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XVI turunda keçirilmiş "Karvan-Yevlax" - "Neftçi" oyununda FIFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.
Sportlife.az milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, R.Həsənov hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını söyləyib.
O, bundan əlavə, "Kəpəz" - "Turan Tovuz", "Qəbələ" - "Qarabağ", "Zirə" - "İmişli" və "Sumqayıt" - "Sabah" görüşlərindəki mübahisəli epizodları da şərh edib və həmin oyunlarda səhvlərin olmadığını vurğulayıb.