Millimiz ruslarla eyni turnirdə

  • Bu gün, 12:32

Azərbaycanın U-16 millisi Qazaxıstanda keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

Sportlife.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov TASS-a açıqlamasında deyib.

O, turnirin 2026-cı ilin aprelində təşkil olunacağını bildirib.

Hələlik yarışda Azərbaycan, Rusiya və Qazaxıstan yığmalarının iştirakı dəqiqdir. Daha bir millinin iştirakı isə daha sonra müəyyənləşəcək.


Paylaş: