Ukrayna klubunun 2 futbolçusuna Azərbaycandan təklif
Ukraynanın “Zarya” klubunun futbolçuları Azərbaycandan təklif alıb.
Sportlife.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilir ki, pleymeyker İvan Qolovkin və sol vinger Vladislav Vakula Azərbaycan da daxil olmaqla, bir neçə ölkə klublarının diqqət mərkəzindədirlər. “Zarya”nın baş məşqçisi Viktor Skripnik də məlumatı təsdiqləyib. Lakin o, futbolçuların müqavilələrinin davam etdiyini, ancaq yekun qərarın hər iki tərəfi qane edəcək şəkildə olacağını deyib.
Qeyd edək ki, həm İvan Qolovkin, həm də Vladislav Vakulanın “Zarya” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.