"Real" üçün fantastik gəlir

  • Bu gün, 13:28

"Real" bu mövsüm "Santyaqo Bernabeu" stadionunun idarə olunmasından 400 milyon avrodan çox qazanc əldə etməyi planlaşdırır.

Sportlife.az xəbər verir ki, klub ümumi gəlirin 1,248 milyard avro olacağını proqnozlaşdırır. Bunun 402,5 milyon avrosu təmir olunmuş stadiondan gələcək.

Keçən mövsüm klub təkcə stadiondaxili gəlirdən (oyunun bilet satışı istisna olmaqla) 79,1 milyon avro, o cümlədən turlardan 52,6 milyon avro, müxtəlif tədbirlərdən və konsertlərdən 15,4 milyon avro, restoranlardan 10,3 milyon avro qazanıb.

Bu mövsüm tur gəlirlərinin 31% artacağı gözlənilir. Bundan əlavə, arenanın əsas görməli yeri olan SkyBar hələ açılmayıb.

Konsert fəaliyyətinin tezliklə tam bərpası gözlənilir.


Paylaş: