Azərbaycanda 3 nəfər futboldan kənarlaşdırıldı
Region Liqasında çıxış 2 klubun ümumilikdə 3 rəsmisi futboldan kənarlaşdırılıb.
Sportlife.az xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
"Baku" komandasının rəsmisi İsmayıl Hüseynzadə və “Çinar-Zəngilan”ın idman direktoru Anar Dünyamalıyev lisenziyaların alınması üçün təqdim olunmuş sənədləri saxtalaşdırdıları üçün 3 il müddətinə diskvalifikasiya ediliblər.
“Baku” klubunun icraçı direktoru Rövşən Mustafayev isə lisenziyaların alınması üçün təqdim edilmiş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün cəzalandırılıb. Onun 1,5 il müddətində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulub.