"Zirə" qələbəni əldən verdi

  • Dünən, 21:59

Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, "Araz-Naxçıvan" "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Hesabı 45+1-ci dəqiqədə meydan sahibləri açıblar. İssa Cibrilla dəqiq zərbə müəllifi olub. Yekun hesabı isə 65-ci dəqiqədə fərqlənən Bəxtiyar Həsənalızadə müəyyən edib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i 3:0, "Turan Tovuz" "İmişli"ni 1:0 hesabı ilə üstələyib. "Neftçi" - "Şamaxı" və "Karvan-Yevlax" - "Qəbələ" matçlarında heç-heçə (1:1 )qeydə alınıb. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb.


Paylaş: