"Lion"da yeni qapıçı

  • Dünən, 13:50

"Lion" "Malyorka"nın qapıçısı Dominik Qreyfi transfer edib.

Sportlife.az xəbər verir ki, müqavilə 2029-cu ilin iyul ayına qədər qüvvədə olacaq.

25 yaşlı slovakiyalının transferi 4 milyon avroya başa gəlib.

Ötən mövsüm Qreyf "Malyorka"nın heyətində 32 matçda 37 qol buraxıb, 7 oyunda qapısını toxunulmaz saxlayıb.


Paylaş: