
Premyer Liqada kuryoz vərəqə
Qadınlar arasında Ukrayna Premyer Liqasının "Kolos" (Kovalivka) - "Sisters" (Odessa) matçında kuryoz hadisə baş verib.
Sportlife.az xəbər verir ki, baş hakim Anastasiya Romanyuk rus dilində danışdığı üçün futbolçu İrina Mayborodinaya sarı vərəqə göstərib.
"Biz burada rus dilində danışmırıq, bu, Ukrayna çempionatıdır. Qərarla razılaşmadığı üçün ona sarı vərəqə göstərdim".
Qeyd olunur ki, bundan sonra tribunadakı tamaşaçılar, "Mayborodina" və "Odessa" komandasının digər futbolçuları Romanyuku alqışlayıblar.