
"Fənərbağça" meksikalı futbolçu alır
"Vest Hem"in yarımmüdafiəçisi Edson Alvares karyerasını Türkiyədə davam etdirəcək.
Sportlife.az xəbər verir ki, 27 yaşlı meksikalı ilə "Fənərbağça" maraqlanır. Müqavilənin tezliklə razılaşdırılması gözlənilir.
Alvares ötən mövsüm 31 oyun keçirib,1 məhsuldar ötürmə edib. Eyni zamanda 7 sarı və 2 qırmızı vərəqə ilə cəzalandırılıb.