"Mən həmişə "Siti"də oynamaq istəmişəm"

  • Dünən, 17:09

"Mançester Siti"nin müdafiəçisi Riko Lyuis karyerasını hazırkı klubunda davam etdirmək istəyir.

Sportlife.az xəbər verir ki, 20 yaşlı futbolçu özünü başqa klubda təsəvvür etmədiyini bildirib: "Mən həmişə "Siti"də oynamaq istəmişəm".

Daha əvvəl “Nottingem Forest”in müdafiəçi ilə maraqlandığı və oyunçu üçün 35 milyon avro təklif etməyə hazır olduğu bildirilib.


Paylaş: