İtaliyadan UEFA-ya Qəzza çağırışı

  • Dünən, 17:53

İtaliya Futbol Məşqçiləri Assosiasiyası (AIAC) yerli federasiyanın prezidenti Qabriele Qravinadan Qəzza zolağındakı vəziyyətlə bağlı İsrailə qarşı tədbir görməsini istəyib.

Sportlife.az xəbər verir ki, qurum İsrailin beynəlxalq yarışlarda iştirakını müvəqqəti olaraq dayandırmaq üçün UEFA və FİFA-ya müraciət etmək niyyətindədir.

Məktubda deyilir: “Bu əzab-əziyyətli ərazilərdə baş verən hadisələrin miqyası hər kəsin bundan xəbərdar olmasını və fikrimizcə, baş verən faciənin miqyasına uyğun konkret addımlar atmağı tələb edir”.

İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsində İsraillə qarşılaşacaq. Qarşılaşmalar sentyabr və oktyabr aylarında keçiriləcək.


Paylaş: