A Seriyasının ən sürətli futbolçusu İngiltərə klubunda

  • Dünən, 14:53

"Vulverhempton" "Verona"nın sağ cinah müdafiəçisi Cekson Çaçuanı transfer edib.

Sportlife.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Sözləşmə müddətini daha bir mövsüm uzatmaq imkanı var.

"Canavarlar” kamerunlu oyunçu üçün 12,5 milyon avro ödəyib.

Çaçua ötən mövsüm İtaliya A Seriyasının ən sürətli oyunçusu mükafatını qazanıb. Həmçinin 36 liqa matçında 2 qol vurub və 3 məhsuldar ötürmə edib.


Paylaş: