
Mutu "Neftçi"də nə qədər qazanırdı?
"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu "ağ-qaralar"da aldığı maaşı açıqlayıb.
Sportlife.az xəbər verir ki, rumıniyal mütəxəssis bu barədə "Digisport"a açıqlama verib. Mutu 2023-cü ildə ona illik 700 min avro maaş təklif edildiyini söyləyib.
Çalışdırıcının sözlərinə görə, həmin vaxt Azərbaycan təmsilçisinin təklifindən imtina etmək çətin olub, məhz bu səbəbdən "Rapid"i tərk etmək qərarına gəlib: "Verdiyim qərardan peşman deyiləm. Niyə peşman olmalıyam? Bu, rədd edə bilməyəcəyim qədər böyük məbləğ idi".
Qeyd edək ki, Adrian Mutu 2023-cü ilin iyulundan dekabrınadək "Neftçi"də işləyib.