Ronaldunun komandası finalda

  • Dünən, 18:34

“Əl-Nəsr” “Əl-İttihad”a qalib gələrək (2:1) Səudiyyə Ərəbistanı Superkubokunun finalına yüksəlib.

Sportlife.az xəbər verir ki, "Əl-Nəsr"in hücumçusu Sadio Mane 10-cu dəqiqədə Marselo Brozoviçin ötürməsi ilə hesabı açıb. Loran Blanın komandası cəmi 6 dəqiqə sonra Stiven Berqveynin sayəsində hesabı bərabərləşdirib.

25-ci dəqiqədə Mane rəqib qapıçıya qarşı kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb.

Qələbə qolunun müəllifi “Əl-Nasr”ın yeni transferi Joau Feliks olub. Portuqaliyalı hücumçu debüt oyununda həmyerlisi Kriştianu Ronaldunun məhsuldar ötürməsini qola çevirib.

Turnirin finalında “Əl-Nəsr” “Əl-Əhli” – “Əl-Qadisiya” matçının qalibi ilə qarşılaşacaq.


Paylaş: