Azərbaycan Basketbol Liqasında birinci tur başa çatır
Bu gün Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulacaq.
Sportlife.az xəbər verir ki, I turun sonuncu matçında "Sabah" "Gəncə" ilə üz-üzə gələcək.
"Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Cəlilabad" "Sərhədçi"ni (86:76), "Xəzri" "Neftçi"ni (80:73), "NTD-İndiqo" "Sumqayıt"ı (97:79), "Xırdalan" "Şəki"ni (102:78) məğlub edib.