
Bölgə klubunda tanış legioner
"Şəki" növbəti transferini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, ötən mövsümün 2-ci yarısını "Gəncə"də keçirmiş amerikalı Malek Terill Deyvislə müqavilə imzalanıb.
1,80 metr boya malik 24 yaşlı basketbolçu daha əvvəl Çin və Litva çempionatlarında da çıxış edib.
Qeyd edək ki, basketbolçu ötən mövsüm "Gəncə"nin "Şəki" ilə baş tutan 7 oyununun son 4-də meydanda olub və 44 xal toplayıb.