
"Barselona"nın "Kamp Nou"ya dönüşü təxirə düşdü
"Barselona" İspaniya çempionatının 4-cü turunda "Valensiya" ilə ev oyununun "Yohan Kroyff" stadionunda keçiriləcəyini açıqlayıb.
Sportlife.az xəbər verir ki, kataloniyalıların matçı "Kamp Nou"da keçirmək üçün şəhər rəhbərliyindən icazə almağa vaxtları olmayıb.
Qeyd edək ki,klub iyunun 25-də doğma meydana qayıdacağını elan etmişdi. "Barselona" - "Valensiya" oyunu sentyabrın 14-də keçiriləcək.