
Şkrinyar "Fənərbağça"da xoşbəxtdir
"Fənərbağça"nın müdafiəçisi Milan Skrinyar azarkeşlər və komanda yoldaşları ilə münasibətlərindən danışıb.
Sportlife.az xəbər verir ki, bu yay klubla 4 illik müqavilə imzalayan futbolçu İstanbulda xoşbəxt olduğunu bildirib:
"İnsanlar məni sevir, azarkeşlər əladır. Klubla da yaxşı münasibətim var. Burada yenidən stabillik tapdım və xoşbəxtəm. Nəticələrimi yaxşılaşdırdım və eyni ruhda davam etmək istəyirəm. İstanbulda çox xoşbəxtəm və hələ orada uğur qazanmaq istəyirəm”.
Şkrinyar bu mövsüm 7 matçda 1 qol vurub.