
Belçikalı müdafiəçi MY-nın "radar"ında
"Mançester Yunayted" "Sportinq"in müdafiəçisi Zeno Debastın transferində maraqlıdır.
Sportlife.az xəbər verir ki, 21 yaşlı belçikalı 2026-cı ilin yanvarında İngiltərə klubuna keçə bilər. Futbolçu ilə "Arsenal" və "Aston Villa" da maraqlanır.
Debast ötən mövsüm 48 matçda 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfer dəyəri 30 milyon avro qiymətləndirilir.