
Kanada - İsrail oyunu azarkeşsiz olacaq
Kanada və İsrail arasında Devis Kuboku matçı bağlı qapılar arxasında keçiriləcək.
Sportlife.az xəbər verir ki, bu barədə Kanada Tennis Federasiyası məlumat yayıb.
Bildirib ki, qərar təhlükəsizlik baxımından qəbul edilib.
Qarşılaşma 12-13 sentyabrda Halifaks şəhərində keçiriləcək. Qalib gələn mövsüm seçmə mərhələdə çıxış edəcək.