
II Liqa klubu satışa çıxarıldı
Mahaçqalada yerləşən “Legion” futbol klubu maliyyə problemlərinə görə peşəkar statusunu itirmək riski ilə üzləşib.
Sportlife.az xəbər verir ki, komanda artıq satışa çıxarılıb. Kluba 10 milyon rubl qiymət qoyulub.
Klubda vəziyyətin çətin olduğu bildirilib. Qeyd olunub ki, klub bəzi futbolçuları maaş əvəzinə qalmağa ev və yeməklə təmin edir.