
Qarabağ və Şərqi Zəngəzur üzrə cüdo yarışları olacaq
Yeniyetmə (U-14 və U-17 cüdoçular arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək.
Sportlife.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirlərdə Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı və Kəlbəcər cüdoçuları mübarizə aparacaqlar.
Yarışların keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Həmçinin U-17 üzrə birinciliklər milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
Qeyd edək ki, yarışlar sentyabrın 16-da keçiriləcək.