DÇ: Azərbaycan gimnastları finala çıxdı
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İspaniyanın Valensiya şəhərində keçirilən 40-cı dünya çempionatında finala vəsiqə qazanıb.
Sportlife.az xəbər verir ki, bu uğura Avropa çempionları, dünya çempionatının bürünc mükafatçıları Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova və Yelizaveta Luzandan ibarət kollektiv imza atıb.
Onlar qrup hərəkətləri proqramının çoxnövçülük üzrə təsnifat yarışlarında 3 lent və 2 topla hərəkətlərin icrasında finala yüksəliblər.