Bob Arum niyə Mayk Taysonla işini dayandırdığını açıqladı

  • 2 Aprel 2024, 15:39

"Top Rank" promouterlik şirkətinin rəhbəri Bob Arum bildirib ki, ağır çəkili boks üzrə keçmiş dünya çempionu Mayk Tayson (50-6) ilk raundda rəqiblərini nokauta salıb ki, bu da ESPN üçün pis olub

Sportlife.az xəbər verir ki, Arum "talkSPORT"a açıqlamasında kanal reklam vaxtının satışına arxalandığı üçün ziyan edib.

“ESPN-də həftəlik döyüş şouları verirdik. Biz 15 ildir ki, bu şoularda döyüşçülər hazırlayaraq onlarla məşğul oluruq. Tayson yeni başlamışdı və biz onun üçün bir sıra döyüşlər planlaşdırdıq. Amma problem onda idi ki, o, o qədər qorxuducu idi ki, əlinə keçə biləcəyi istənilən rəqibi bir raundda nokaut edirdi, bu, reklam vaxtı satışa arxalanan şəbəkə üçün yaxşı deyildi” - deyə Arum bildirib.

Tayson və Ceyk Pol (9-1) iyulun 20-də ABŞ-ın Dallas şəhərindəki "AT&T" arenasında döyüşəcək. Döyüş "Netflix"də canlı yayımlanacaq.


Paylaş: