
"Arsenal"dan uğursuz statistika
"Arsenal" bütün yarışlarda keçirdiyi son 7 yarımfinal matçının heç birində qalib gələ bilməyib.
Sportlife.az "Opta"ya istinadən xəbər verir ki, "topçular" bu görüşlərdə 5 məğlubiyyət və 2 heç-heçə yaşayıb, həmçinin son 6 yarımfinal oyununda ardıcıl bir qol vura bilməyib.
Qeyd edək ki, komanda Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSY-yə uduzub.