"Bu turnirin keçirilməsi Azərbaycan idmanına töhfədir"

  • Bu gün, 13:32

"Bu gün fəxr olunası və qürurverici anlar yaşayırıq".

Sportlife.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, tarixi torpaqlarımızda idman yarışlarının keçirilməsinin sevindirici hal olduğunu bildirib: "Bunun nümunəsi olaraq, kanoe və avarçəkmə üzrə “Prezident Kuboku 2025” beynəlxalq reqatası təşkil olunub. Bu turnirin keçirilməsi həm də Azərbaycan idmanına bir töhfədir. Eyni zamanda kanoe və avarçəkmə idmanın tanınmasına və inkişafına böyük təsir göstərir. Bütün bunlar gənclərin idmana olan marağına səbəb olur. Belə bir yarışın Suqovuşanda keçirilməsi böyük qürurdur".


Paylaş: