
"Real Madrid" anlaşmanı pozdu
Karlo Ançelottinin Braziliya millisi ilə müqavilə imzalaması təyin olunan tarixdə baş tutmaya bilər.
Sportlife.az xəbər verir ki, "Real Madrid" klublararası dünya çempionatından əvvəl məşqçisini buraxmaqdan imtina edib.
İlkin razılaşmaya görə, Ançelotti La Liqa bitdikdən sonra Braziliya millisində öz işinə başlamalı və dünya çempionatının seçmə mərhələsində Ekvadorla keçiriləcək matçda bu postda debüt etməli idi.
Santyaqo Solari isə "Real Madrid"də onu əvəzləməli idi.