
Mahir Emreli üçün 17 yaşlı rəqib
"Bayer"in ukraynalı hücumçusu Artyom Stepanov icarə əsasında "Nürnberq"ə keçib.
Sportıife.az xəbər verir ki, 17 yaşlı forvard 2026-cı ilin iyununadək sözügedən kollektivdə çıxış edəcək.
1,92 sm boya malik futbolçu 2022-ci ildən Leverkuzen təmsilçisində oynayır.
Qeyd edək ki, millimizin hücumçusu Mahir Emreli də "Nürnberq"in şərəfini qoruyur.