
"Bavariya"ni ümidləndirən bənd
"Bavariya" "Barselona"nın müdafiəçisi Ronald Arauxo ilə yaxından maraqlanır.
Sportlife.az xəbər verir ki, uruqvaylı futbolçunun müqaviləsi uzadıldıqdan sonra təzminat məbləği 65 milyon avro olaraq göstərilib. Münhen klubu bu bənddən istifadə etmək niyyətindədir.
Bu mövsüm Arauxo bütün turnirlərdə 20 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.