
Halk Neymarı geridə qoydu
"Atletiko Mineyro"da çıxış edən Hulk karyerasında qol sayına görə Neymarı geridə qoyub.
Sportlife.az xəbər verir ki, Braziliya Kubokunun "Malinqa" ilə 1/16 final oyununda (2:2) fərqlənən braziliyalı bununla da karyerasında 443-cü qolu vurub.
Hulk planetin ən çox qol vuran oyunçuları siyahısında 9-cu yerə yüksəlib. Neymarın aktivində 442 qol var. Kriştianu Ronaldu isə 934 qolla liderdir.