
AFFA 4 klubu cərimələdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportlife.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz” – “Zirə” oyununda nominal meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Gəncə klubu 1000 manat cərimə edilib.
“Araz-Naxçıvan”la matçda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 700 manat cərimələnib.
“Sabah” – “Qarabağ” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Bakı klubu 800 manat ziyana düşüb. Ağdam təmsilçisi isə azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500 manat cərimə ödəyəcək.