
Alonsonun yerinə 2 namizəd
"Bayer" Xabi Alonsonun komandadan ayrılacağı təqdirdə onu əvəz edə biləcək iki namizədi müəyyənləşdirib.
Sportlife.az xəbər verir ki, Leverkuzen klubunun siyahısında “Barselona”nın keçmiş baş məşqçisi Xavi və “Mançester Yunayted”in sabiq çalışdırıcısı Erik ten Haq da var.
Niderlandlı mütəxəssis alman dilini bildiyinə görə bu vəzifəyə əsas iddiaçı ola bilər.
Daha əvvəl "Bayer"in hazırkı baş məşqçisi Xabi Alonsonun "Real"la müqavilə imzalamağa yaxın olduğu bildirilib.