Azərbaycana səfər hər bir komanda üçün çətin olacaq
Dieqo Simeone "Atletiko"nun rəsmi saytına verdiyi açıqlamasında komandasının Çempionlar Liqasında düşdükləri C qrupundakı şanslarını dəyərləndirib.
Sportlife.az xəbər verir ki, Madrid klubunun təcrübəli çalışdırıcısı Azərbaycan edəcəkləri səfərin bütün klublar üçün çətin keçəcəyini bildirib:
"Çətin qrupda yer almışıq. Bizi "Roma" və "Çelsi" klubları ilə ağır oyunlar gözləyir. Azərbaycana səfər isə hər bir komanda üçün çətin olacaq. "Çelsi"nin yaxşı güclü oyunçulardan təşkil olunmuş heyəti var, ötən mövsüm də onlar fantastik oyun nümayiş etdirirdilər. "Roma" çox gözəl oyun sərgiləyir, güclü baş məşqçiləri var".