
Dembele Zidanı qabaqladı
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Arsenal" doğma meydanda "PSJ" yə 0:1 hesabı ilə uduzub.
Sportlife.az xəbər verir ki, parislilərin yeganə qolunu Usman Dembele vurub.
Zinəddin Zidan və Antuan Qrizmanı (hər biri 8 qol) qabaqlayan Dembele (9 qol) ÇL-in pley-off mərhələsində ən yaxşı fransız bombardirlərin siyahısında 4-cü pilləyə yüksəlib.