
Əliyev ÇL matçında oynamadı
UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünə start verilib.
Sportlife.az xəbər verir ki, I təsnifat mərhələsi çərçivəsində 10 matç keçirilib.
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi Albaniya "Eqnatiya"sı isə İslandiya "Breydablik"i ilə mübarizə aparıb. Albanların 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda təmsilçimiz meydana çıxmaq şansı qazanmayıb. "Eqnatiya" 90+2-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, mərhələnin digər 4 oyunu bu gün olacaq. Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri - "Şelburn"la (İrlandiya) "Linfild" (Şimali İrlandiya) də üz-üzə gələcək.