Azərbaycanlı cüdoçu Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycan təmsilçisi Fidan Əlizadə Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportlife.az xəbər verir ki, o, 57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün Azərbaycan cüdoçusu Hüseyn Allahyarov (60 kq) da qızıl medal qazanıb. Aydan Vəliyeva (52 kq) həlledici mərhələdə uduzaraq gümüş medalla kifayətlənib. Rüfət Şövlətov (73 kq) isə bürünc medal uğrunda qarşılaşmadan qalib ayrılıb.