Böyük Dəbilqə: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

  • 26 Oktyabr 2023, 10:20

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.

Sportlife.az xəbər verir ki, yarışın sonuncu günündə Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaq.

Böyük Dəbilqə

90 kq
Elcan Hacıyev - Daniel Nieto Trinidad (İspaniya)
Vüqar Talıbov - Caxonqir Maxidov (Tacikistan)

+100 kq
Camal Qamzatxanov - Lukas Krpalek (Çexiya)
Uşanqi Kokauri - Yerassul Kazbayev (Qazaxıstan)

Qeyd edək ki, daha əvvəl Leyla Əliyeva (48 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal əldə ediblər.


Paylaş: