Olimpiya çempionlarının səfəri başa çatdı

  • 25 Avqust 2025, 15:07

Azərbaycanın cüdo üzrə Olimpiya çempionlarının Qarabağa səfəri yekunlaşıb.

Sportlife.az xəbər verir ki, səfərin sonuncu ünvanı Füzuli şəhəri olub. Burada Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyev Mirzə Uluqbəy adına 1 nömrəli məktəbi ziyarət ediblər. Məktəbin idman zalı ilə tanışlıqdan sonra məktəblilərlə görüş keçirilib, şagirdlər üçün maraqlı viktorina təşkil olunub.

Qeyd edək ki, səfər Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.


Paylaş: