Azərbaycan - Danimarka: Hakimlər bilindi

  • Bu gün, 10:41

Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq matçlarını idarə edəcək hakimlər müəyyənləşib.

Sportlife.az xəbər verir ki, yanvarın 22-də saat 19:00-da start götürəcək görüşü Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov idarə edəcəklər.

Yanvarın 24-də saat 16:00-da başlayacaq qarşılaşmaya isə Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcov təyinat alıblar.


Paylaş: