Mərhum pilotun son kartı da oğurlandı
Mərhum Formula 1 pilotu Jül Biankinin atası Filip Biankinin evi qərət edilib.
Sportlife.az xəbər verir ki, bu barədə o, özü açıqlama verib.
Ata Biannki oğurlanmış əşyaların tapılması üçün sosial media icmasına müraciət edib: "Əziz dostlar, dünən gecə bizi qarət etdilər və həyasız oğrular doqquz JB17 Forever şassisini oğurladılar. Vəziyyəti daha da pisləşdirən odur ki, onlar Jülün son kartını, KZ 125 ART GP-ni, eləcə də nəvələrimin minikartlarını oğurladılar. Onlar bizim üçün əziz bir xatirədir və biz dərin kədər hissi keçiririk. Əgər dövriyyədə hər hansı bir JB17 kartı görsəniz, xahiş edirəm mənə bildirin. Əvvəlcədən təşəkkür edirəm".