Millimizin voleybolçuları Vyetnamda mükafat qazandılar

  • 20 Noyabr 2023, 14:04

Azərbaycan millisinin voleybolçuları Polina Rəhimova və Odina Əliyeva Vyetnam çempionatında fəxri kürsüyə qalxıblar.

Sportlife.az xəbər verir ki, Polina Rəhimovanın formasını geyindiyi “Xoa Çat Duk Qianq Tia Sanq” klubu liqanı gümüş medalla tamamlayıb.

Odina Əliyevanın şərəfini qoruduğu “Binh Dyen Lonq An” isə üçüncü yeri tutaraq bürünc mükafata yiyələnib.

P.Rəhimova həmçinin Vyetnam liqasının ən yaxşı hücumçusu seçilib.


Paylaş: