
"Qarabağ"ın iki səfər oyunu İctimai TV-də yayımlanacaq
"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində iki oyunu İctimai televiziyada canlı yayımlanacaq.
Sportlife.az telekanalın rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, İTV noyabrın 7-də Norveçdə "Bodo Qlimt"lə və gələn il yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la keçiriləcək səfər matçlarını birbaşa nümayiş etdirəcək.
Qeyd edək ki, "Qarabağ"ın digər avrokubok oyunlarının yayım hüququ "CBC Sport"a məxsusdur.