"Red Bull"da səs-küylü ayrılıq

  • Bu gün, 18:55

"Formula 1" üzrə dördqat dünya çempionu Maks Ferstappen 2026-cı il mövsümünün sonunda "Red Bull"dan ayrıla bilər.

Sportlife.az xəbər verir ki, niderlandlı sürücünün 2028-ci ilin sonuna qədər olan müqaviləsində yay fasiləsindən sonra çempionatın ilk ikiliyində yer almadığı təqdirdə 2026-cı ilin sonunda müqaviləni birtərəfli şəkildə ləğv etməyə imkan verən bənd var. Həmçinin, əgər o, liderlik etmirsə, 2027 və 2028-ci illərdə də müqaviləni ləğv etmək hüququna malikdir.

Bu şərtlər müqaviləni imzalayarkən "Red Bull"un keçmiş məsləhətçisi Helmut Marko tərəfindən razılaşdırılıb və bu, komanda daxilində narazılığa səbəb olub.


Paylaş: